Gənclər sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edirlər
Bakı, 14 avqust, AZƏRTAC
“MitOst” Assosiasiyasının maliyyə dəstəyi və təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda təlimin ilk mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, “İnkişaf zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadənin təşviqidir.
Azərbaycanın müxtəlif bölgələrindən olan 18-28 yaşlı gənclərin qatıldığı layihədə gənclər incəsənətin müxtəlif vasitələrindən istifadə etməklə yaşadıqları bölgə üçün yeni təşəbbüs formatları hazırlayıblar.