“GƏNCLƏR TƏŞƏBBÜSLƏRİNİN DƏSTƏKLƏNMƏSİ” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
AGİ-nin təmsilçisi Fuad Dərgahlı layihənin 2004-cü ildən Bakı və Mingəçevirin 3 orta ümumtəhsil məktəbində keçirilməyə başladığını, ötən il isə, Qubanın 3 məktəbi də əlavə olunmaqla davam etdirildiyini söyləmişdir. Bu il layihəyə Şəki, Ağdaş və Gəncənin 6 məktəbi, Şüvəlandakı fiziki qüsurları olan xüsusi internat məktəbi də qoşulacaqdır.
CRS təşkilatının region üzrə direktoru Ceyk Heşman 60 ildən artıq fəaliyyət göstərən bu qurum haqqında məlumat vermişdir. O, təşkilatın Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və Çernoqoriyada gənclərə aid tədbirlər həyata keçirdiyini, layihə çərçivəsində məktəblərimizdə görüşlərin təşkil olunacağını, layihənin işçi qrupunun sorğular və seçkilər yolu ilə işləyəcəyi hər bir məktəbdə Gənclər Şurasının yaradılacağını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, layihənin məqsədi gənclərlə birgə işin təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.