GƏNCLƏR VƏ İDMAN NAZİRİ BİR QRUP İDMAN MÜTƏXƏSSİSİNİ MÜKAFATLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də Gənclər və İdman Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş 35 idman mütəxəssisi mükafatlandırılmışdır.
Fəxri adlara layiq görülmüş mütəxəssislərə Prezident İlham Əliyevin təbriklərini çatdıran gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, bu sahədə çalışan mütəxəssislərə göstərilən qayğı ölkəmizdə idmana diqqətin bariz nümunəsidir. Nazir demişdir ki, ötən il Azərbaycan idmançıları 287, bu il 377 medal qazanmışlar. Bu, ölkəmizdə idmanın sürəkli inkişafının göstəricisidir. Eyni zamanda, idmanın inkişafında veteran idmançıların əvəzolunmaz əməyini vurğulayan nazir A.Rəhimov, qarşıdakı Pekin Yay Olimpiya Oyunlarında idman mütəxəssislərinə və onların yetirmələrinə uğurlar arzulamışdır.
İdman mütəxəssisləri onlara göstərilən diqqətə görə, ölkə Prezidenti İlham Əliyevə, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə minnətdarlıqlarını bildirmişlər.
A.Rəhimov 35 nəfər idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” vəsiqələrini təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]