Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 11 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.