GƏNCLƏRİN MÜLKİ VƏ SİYASİ HÜQUQLARINA DAİR İNFORMASİYA SESSİYASI
“İrşad” mehmanxanasında gənclərin mülki və siyasi hüquqlarına dair informasiya sessiyası keçirilmişdir. Tədbiri ABŞ Hüquqçular Assosiasiyasının maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqçular Birliyi təşkil etmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin, gənclər təşkilatları nümayəndələrinin, jurnalistlərin, hüquqçuların iştirak etdikləri sessiyada ölkənin gənclər hərəkatının müasir vəziyyəti ilə bağlı məsələlərə dair diskussiya, habelə gənclərin tez-tez qarşılaşdıqları problemlər barədə hüquq məsləhətləşmələri keçirilmişdir.