“GƏNCLİK” İDMAN-SAĞLAMLIQ MƏRKƏZİ AÇILMIŞDIR
Mingəçevirdə “Gənclik” idman-sağlamlıq mərkəzi açılmışdır. Burada insanların mədəni istirahəti üçün rahat şərait yaradılmışdır. Gənclər günü münasibətilə mərkəzin açılış mərasimi olmuşdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə musiqili-əyləncəli beynəlxalq yarışların, Avropa və respublika çempionatlarının qaliblərinə xatirə hədiyyələri verilmişdir.