GENERAL DUSTUMUN QOŞUNLARI MEYMENE ŞƏHƏRİNİ TUTMUŞLAR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, general Əbdül Rəşid Dustumun komandanlığı ilə etnik özbəklərin silahlı birləşmələri aprelin 8-də Əfqanıstanın şimalındakı Fəryab əyalətinin inzibati mərkəzi Meymeneni tutmuşlar. Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, “Dustumun qoşunları Meymeneni tutmuş, əyalətin qubernatoru və hökumət qüvvələrinin komandanı qaçmışlar”.
Bundan əvvəl hökumətin bir neçə yüz hərbi qulluqçusundan ibarət qruplaşmanın ilk dəstəsi hava nəqliyyatı ilə Kabildən Fəryaba göndərilmişdi. Onların qarşısına əyalətdə asayişi bərpa etmək vəzifəsi qoyulmuşdu. Maraqlıdır ki, general Dustum rəsmən Prezident Həmid Kərzayın müşaviri sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]