GENERALIN XATİRƏSİ YAD EDİLMİŞDİR
Mərasim iştirakçıları həmyerlilərinin doğulduğu evə gələrək, onun büstünün önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra məktəblilər hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya göstərmişlər.
Fikrət Məmmədov Əfqanıstan, Almaniya və Çexoslovakiyada hərbi xidmətdə olmuş, 1998-ci ildə general-mayor rütbəsi almış, korpus komandiri təyin edilmişdir. O, 2002-ci il mayın 15-də - ömrünün 41-ci baharında xidməti vəzifəsini icra edərkən iş başında faciəli şəkildə həlak olmuşdur.