Geologiya və Geofizika İnstitutu istedadlar axtarışında
Bakı, 31 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) istedadlı, elmə həvəs göstərən, həmçinin elmi dərəcəsini artırmaq niyyətində olan gənclərin axtarışı ənənəsini davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, geofizika, tətbiqi riyaziyyat, informatika, fizika, kimya və biologiya sahəsində ali təhsil almış gənc mütəxəssislər (magistrlər, fəlsəfə doktorları) elmi-tədqiqat işlərində iştirak etməyə dəvət olunurlar. GGİ bu gün tələb olunan gənc namizəd mütəxəssislərin seçimini müsabiqə əsasında aparacaq və onlara ödəniləcək əməkhaqqı əmək müqaviləsi əsasında reallaşacaq. Müraciətlər (CV formasında) dekabrın 1-dək qəbul olunur.
Xatırladaq ki, institut fəaliyyət göstərdiyi 90 ilə yaxın zaman ərzində onlarla gəncin elmi nailiyyətlərə imza atmağında və elmi ad qazanmağında vasitəçi olub. GGİ-də hətta uzaq xaricdə də yaxşı tanınan alimlər çalışıb və gənc alimlərə elmi rəhbər olublar. Bu xoş ənənə indi də davam etməkdədir.
Xatırladaq ki, Geologiya və Geofizika İnstitutuna Ali Attestasiya Komissiyasının akkreditasiya şəhadətnaməsi də təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]