İQTİSADİYYAT
Gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə görüş olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Sumqayıt Gömrük İdarəsində gömrük-biznes münasibətlərində qarşılıqlı etimad səviyyəsinin gücləndirilməsi məqsədilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə gömrük sistemində aparılan islahatlar, gömrük xidmətinin strateji hədəfləri və baxışları, eyni zamanda tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr, gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ-hüquqi aktlar və qanunvericiliyə edilən dəyişikliklər barədə ətraflı məlumatlar verilib.
Görüş zamanı iştirakçılar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları ətraflı cavablandırılıb.
Sonda xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə “Gömrük İNKİŞAF modeli”nin təqdimatı nümayiş etdirilib.