İDMAN
“GÖMRÜKÇÜ”LƏR DAHA ÇOX MEDAL QAZANMIŞLAR
Rusiyanın Xasavyurd şəhərində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq dostluq turnirinə yekun vurulmuşdur. 260 idmançının mübarizə apardığı yarışda ölkəmizi "Gömrükçü", MOİK, "Məhsul" və "Qafqaz" klublarının idmançıları təmsil etmişlər.
Üç gün davam edən turnirdə 1986-87-ci il təvəllüdlülər arasında Emin Hüseynov (50 kq, "Qafqaz"), Əkbər Əlləzov (60 kq, "Gömrükçü"), Elvin Mürsəliyev (63 kq, MOİK), Mansur Abbasov (69 kq, "Qafqaz"), 1988-91-ci il təvəllüdlülərin yarışında isə "Gömrükçü"nün nümayəndələri Adıgözəl İsmayılov (33 kq), Rizvan Səfərov (46 kq), Emin Hüseynov (85 kq) və Aydın Səfərov (79 kq) qızıl medala layiq görülmüşlər.
"Gömrükçü"nün digər nümayəndələri Tərlan Sadıqov (41 kq), Muxtar Məhərrəmov (39 kq), Fərid Həsənov (60 kq), Ayaz Maqsudov (60 kq) vətənə gümüş medalla qayıtmışlar.