GORANBOYDA 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI ABİDƏSİ AÇILMIŞDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy rayon ictimaiyyəti 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimini rayon mərkəzində ucaldılmış abidə kompleksinin açılışı ilə qeyd etmişdir. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, şəhid Yaşar Orucovun həyat yoldaşı Ədalət Orucova, rayon təhsil idarəsinin rəisi Elmar Əliyev, 1988-ci ildə deportasiyaya məruz qalmış və hazırda Aşağı Ağcakənd köçkün qəsəbəsində məskunlaşan Kərim Qurbanov, rayon ağsaqqalı Knyaz Əsgərov və başqaları çıxış edərək, ermənilərin yüz illərdən bəri azərbaycanlıların başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışmışlar.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu məsələ ilə bağlı 1998-ci il 26 mart tarixli Fərmanını yüksək qiymətləndirən natiqlər qeyd etmişlər ki, yalnız həmin sənədlə ermənilərin əsrlərlə azərbaycanlılara qarşı apardıqları soyqırımı öz layiqli qiymətini almışdır.
Sonra abidənin üstündən örtük götürülmüş, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə əklil və tər çiçək dəstələri qoymuşlar. Aktyorlar soyqırımını xatırladan ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]