GORANBOYDA KƏHRİZLƏR BƏRPA EDİLİR
Goranboy rayonunda içməli su probleminin həlli istiqamətində görülən işlər sırasında kəhrizlərin bərpası da nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qısa vaxt ərzində daxili imkanlar hesabına 14 kəhrizdən 3-ü bərpa edilərək istifadəyə verilmişdir. Bu günlərdə daha bir kəhrizin istismarına hazırlıq görülür. Qalan 10 kəhrizin bərpası isə ilin sonunadək başa çatdırılacaqdır.