Goranboyda Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək
Bakı, 24 may, AZƏRTAC
Mayın 25-də Goranboy Olimpiya İdman Kompleksində 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadla xəbər verir ki, 15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq turnirdə ətraf rayonların komandaları iştirak edəcəklər.
Yarışın proqramına uyğun olaraq, mayın 25-də əvvəlcə iştirakçı komandaların məşqçiləri ilə iclas keçiriləcək. İclasda AVF-nin nümayəndələri və voleybol mütəxəssisləri iştirak edəcəklər. Ardınca qarşılaşmalar baş tutacaq.
Qeyd edək ki, bölgələrdə bu cür yarışların keçirilməsində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]