Goranboyda yabanı halda bitən çətənə kolları məhv edilib
Goranboy, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 3000 kiloqram olan 4800 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.