Görmə qabiliyyəti məhdud 100-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 4 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də reabilitasiya xidmətləri ilə təmin olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində son üç ildə həmin kateqoriyadan olan 100-dən çox şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib.
Burada əlilliyi olan 5-29 yaşlı şəxslər reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. Onlar müəssisəyə stasionar və yarımstasionar formada qəbul olunur.
İlkin qiymətləndirmə nəticəsində müəyyənləşdirilmiş fərdi inkişaf proqramına uyğun olaraq onlara tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:52]
Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [16:46]
Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı
- 16.10.2026 [16:40]