MƏDƏNİYYƏT
Görüşdə TEMPUS layihəsinin ATİ-nin inkişafına müsbət təsirindən danışılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa İttifaqının (Aİ) TEMPUS layihəsi çərçivəsində “Regional strateji planların hazırlanması” mövzusunda tədbir keçirilib.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fransanın Savon Universitetinin nümayəndələrinin qatıldığı görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov TEMPUS layihəsinin rəhbərlik etdiyi ali təhsil müəssisəsinə müsbət təsirindən danışıb.
Savon Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil ocağının strukturu, mövcud fakültələr və şöbələr haqqında ətraflı məlumat veriblər. Təqdimatın önəmli cəhətlərindən biri Savon Universitetində strateji planlamanın təhsildə hansı metodlar vasitəsilə aparılması haqqında olub.
ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov görüş iştirakçılarına Azərbaycan Turizm İnstitutunun fəaliyyət istiqaməti, strukturu və strateji planları barədə ətraflı məlumat verib.