GÖYÇAYDA 16103 HEKTARDA PAYIZLIQ TAXIL ƏKİLMİŞDİR
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən il səpin keçirilmiş 16090 hektar sahədən 41525 ton taxıl götürən təsərrüfatçılar bu il əkin sahələrini 16103 hektara çatdırmışlar. Payızlıq taxıl səpini hər yerdə optimal müddətdə, yüksək aqrotexniki qaydada aparılmışdır. Keçən ilin məhsulu üçün 2800 hektarda əkin aparılmış Qaraməryəm, habelə Ləkçılpaq, Potu, Yeniarx və bir sıra digər ərazi bölgələrinin torpaq sahibləri səpin kampaniyasını daha uğurla başa vurmuşlar.
Rayon üzrə erkən səpin aparılmış sahələrdə normal çıxış alınmışdır. İndi hər yerdə ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür, sahələr suvarılır. Hələlik 1000 hektarda əkinlər suvarılmışdır. Bu mühüm aqrotexniki tədbir müvəffəqiyyətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]