GÖYÇAYDA PASPORT QEYDİYYATI İDARƏSİNİN REGİONAL ŞÖBƏSİ AÇILMIŞDIR
Mərasim iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, gül-çiçək qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov, DİN-in Pasport Qeydiyyatı İdarəsinin rəisi, polis polkovniki Fəxrəddin Əliyev çıxış edərək, ölkə Prezidentinin diqqət və qayğısı ilə respublikamızın şəhər və rayonlarında, o cümlədən Göyçay rayonunda əhaliyə pasportların verilməsi ilə əlaqədar müvafiq regional şöbənin açılmasının əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, bu şöbələr vətəndaşları pasport almaq üçün Bakıya getmək əziyyətindən xilas edir.
Sonra pasport alanların bir qrupuna yeni sənədlər təqdim edilmişdir.
Yeni şöbə Göyçay, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir, Ucar rayonlarının əhalisinə xidmət edəcəkdir.