Göyçayda tarzən Əhməd Bakıxanovun 130 illiyi qeyd olunub
Göyçay, 29 dekabr, AZƏRTAC
Göyçayda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay Uşaq Musiqi Məktəbində təşkil olunan tədbirdə ustad tarzənin həyat və yaradıcılığından danışılıb. Bildirilib ki, görkəmli sənətkar daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib.
Tədbirdə Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında Əhməd Bakıxanovun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər səsləndirilib.