GÖYÇAYDA TAXIL SƏPİNİ BAŞLANMIŞDIR
Göyçay, 10 oktyabr (AZƏRTAC). Göyçay rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpininə başlamışlar. Cari ildə rayonda təxminən 17 min hektar sahədə taxıl yetişdirilməsi planlaşdırılır. Artıq 6 min hektar torpaq sahəsi şumlanmışdır. Bunun 650 hektarına toxum səpilmişdir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, Göyçayda səpin kampaniyasının səmərəli başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilmişdir. Onlar kifayət qədər toxum və mineral gübrə ilə də təmin olunmuşlar. Əkin hələlik rayonun Qaraməryəm, Çərəkə, Məlikkənd, Kürdşaban, Alpoud, Hacalıkənd, Mallı-Şıxlı, Bəydövül və Şəhadət kəndlərində həyata keçirilir.
Son günlər havanın yağmurlu keçməsi nəticəsində Göyçay rayonu üçün xarakterik olan ağır kəltənli torpaq yumşalmış və şum işləri xeyli asanlaşmışdır. Taxıl səpini ərəfəsində fermerlər və torpaq mülkiyyətçiləri maarifləndirilmişlər.
Bu il Göyçay taxılçıları, əsasən, “Elit” və “Əzəmətli-95” toxumlarına üstünlük verirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]