Göyçaylılar şəhidlərin xatirəsini ehtiramla yad etmişlər
Göyçay, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin növbəti ildönümü Göyçay rayonunda da qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də minlərlə göyçaylı 23 il əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad etmişdir.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər Şəhidlər xiyabanına toplaşaraq Vətənin qəhrəman övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, onların əziz ruhu qarşısında baş əymişlər.
Gün ərzində Şəhidlər xiyabanında həzin musiqi səsləndirilmişdir.
Qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gəlmiş, ölümsüzlüyü ilə şəhidlik zirvəsinə ucalmış göyçaylı Rauf İsayev və Mehman Muradovun ailəsi ilə görüş keçirilmiş, onların təhsil aldıqları orta məktəblərdə anma mərasimləri təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]