Göygöl Milli Parkının əməkdaşları döyülüb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 21-də saat 07:30 radələrində bir neçə şəxs tərəfindən Göygöl Milli Parkının işçilərinə qarşı fiziki təzyiqlər göstərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, naməlum şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olublar. Məntəqədə növbədə olan Milli Parkın əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun şəkildə onlara turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib, vəzifə səlahiyyətini yerinə yetirən dövlət nümayəndəsinə qarşı zor tətbiq olunub və döyülüb. Nəticədə Milli Parkın əməkdaşı müxtəlif ağır bədən xəsarətləri alıb.
Hadisədən xəbər tutan Milli Parkın mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edib. Lakin o da fiziki təzyiqlərə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib.
Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər bundan sonra hadisə yerindən qaçıblar. Göygöl Milli Parkının döyülən əməkdaşları müvafiq tibbi yardım və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət ediblər.
Hadisə barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub
- 05.08.2026 [15:51]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]