Göygöldə avtoxuliqanlıq edən şəxs həbs olunub VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və bu hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib. S.Mürsəlov barəsində Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.