Göygöldə tədbir: Xalqa bağışlanmış ömür
Göygöl, 20 aprel, Elcan Məmmədov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Xalqa bağışlanmış ömür” adlı tədbir təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad olunub.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar İsayev, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Tədbirin bədii hissəsində Göygöl rayon 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin Ulu Öndərə həsr olunan şeirləri, Aşıq Şəmşir adına musiqi məktəbinin şagirdlərinin, Göygöl Rayon Mədəniyyət İdarəsinin, Göygöl Gənclər Evinin solistlərinin musiqi nömrələri dinlənilib.