GUAM Xarici İşlər Nazirləri Şurasının Protokolu qəbul olunub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda GUAM Xarici İşlər Nazirləri Şurasının Protokolu qəbul olunub.
Protokolda BMT Nizamnaməsi, GUAM-ın öz Nizamnaməsi, habelə ATƏT-in təməl sənədlərində əksini tapmış və hamı tərəfindən tanınmış beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik bir daha təsbit olunub. Sənəddə münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında həlli vurğulanıb.
İclasda GUAM-ın digər beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri və sahəvi praktiki əməkdaşlıq məsələləri müzakirə edilib.