GÜCLÜ KÜLƏK, DOLU VƏ LEYSAN MİNGƏÇEVİRƏ CİDDİ ZİYAN VURMUŞDUR
Mingəçevir, 25 iyun (AZƏRTAC). İyunun 24-də axşam saatlarından başlayaraq Mingəçevir şəhərinə saniyədə 32 metr sürətlə əsən küləklə müşayiət olunan dolu və leysan düşmüşdür.
Şəhər icra hakimiyyətinin şöbə müdiri Sahib Əliyev bildirmişdir ki, ictimai və sosial binalara, fərdi evlərə, məcburi köçkünlərin yaşadığı binalara, şəhərin elektrik və qaz təsərrüfatına, yaşıllıq sahələrinə ciddi ziyan dəymişdir. İki yüzə yaxın ağac kökündən qopmuş, 22 dəmir-beton elektrik dirəyi aşmış, 2300 metr elektrik naqili qırılmış, 200 metr qaz xətti sıradan çıxmış, 3 fərdi mənzilin dam örtüyü dağılmış, 7 yaşayış binasının dam örtüyünə, eyvanına ciddi ziyan dəymiş, ümumilikdə 3650 ədəd şifer, 5250 kvadratmetr şüşə qırılmışdır. Külək və dolu təhsil və səhiyyə müəssislərinin dam örtüyünə, pəncərələrinə də ciddi ziyan vurmuşdur. Hazırda şəhər fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir. Hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
İlkin hesablamalara görə, şəhər təsərrüfatına ümumilikdə 200 min manatdan artıq maddi ziyan dəymişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]