GÜNAY MƏMMƏDZADƏ 10 YAŞADƏK ŞAHMATÇILAR ARASINDA AZƏRBAYCAN ÇEMPİONU OLMUŞDUR
Bakı, 8 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, 8, 10, 12, 14, 16, 18 yaş qrupları üzrə şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının final mərhələsində 10 yaşadək qızların mübarizəsində 3 idmançı eyni xal topladığına (hər biri 10 xal) görə medalların sahiblərini müəyyən etmək üçün onların arasında əlavə matç-turnir keçirilmişdir.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinin rəhbəri Tural Baxışov bildirmişdir ki, Günay Məmmədzadə qızıl, Aydan Höccətova gümüş, Nərmin Məmmədova isə bürünc medal qazanmışlar.
Qeyd edək ki, hər yaş qrupunun qalibləri müvafiq olaraq dünya çempionatına, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanmışlar.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, AŞF-nin medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [20:35]
Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib
- 21.05.2026 [18:42]
Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib
- 21.05.2026 [17:32]
Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub
- 21.05.2026 [17:00]
Azərbaycan Premyer Liqasında “transfer pəncərələri”nin vaxtı açıqlanıb
- 21.05.2026 [16:06]
® ABB şahmat çempionatının qalibi olub
- 21.05.2026 [15:52]
Futbol üzrə Almaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 21.05.2026 [11:46]
Stolüstü tennisçilər Özbəkistandan 7 medalla qayıdırlar
- 21.05.2026 [10:52]