Gürcü ekspert: Ermənilərin Gəncəni atəşə tutması müharibə cinayətidir
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhədən uzaq şəhərlərini, qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərini raket atəşinə tutması müharibə cinayətidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın tanınmış politoloqu Tengiz Txilava deyib.
Onun sözlərinə görə, ermənilər sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribatı törədəndə belə ağır məğlubiyyətə uğrayacaqlarını düşünmürdülər. Ona görə də, indi böyük təşviş və təlaş içindədirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 3-dəki çıxışı bunu bir daha sübut etdi.
T.Txilava deyib: “Ermənistan çox yaxşı başa düşür ki, artıq uduzub. Lakin cəbhəni də belə qoyub gedə bilmir. Ona görə də, cəbhə xəttindən xeyli uzaqda olan şəhərlərini, dinc əhalini atəşə tutmaqla Azərbaycanı daha ciddi addımlar atmağa vadar edir”.
Ekspert hesab edir ki, ermənilərin məqsədi bu münaqişəni lokal müharibəyə çevirmək və digər dövlətləri öz tərəfinə çəkməkdir.
“Azərbaycanı bu yollarla provokasiyaya cəlb etmək olmaz. Azərbaycan rəhbərliyi də bunu bilir və düzgün qərarlar qəbul edir. Hesab edirəm ki, Azərbaycan Ordusu yaxın günlərdə öz qəti sözünü deyəcək və münaqişəyə son qoyulacaq”, - deyə, T.Txilava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [21:55]
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib
- 21.05.2026 [21:17]
Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib
- 21.05.2026 [19:57]
Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb VİDEO
- 21.05.2026 [18:45]