Gürcüstan aeroportları ötən il 6 milyondan çox sərnişinə xidmət göstərib
Tbilisi, 16 yanvar, AZƏRTAC
Gürcüstanın hava limanları 2023-cü ildə 6 milyondan çox sərnişinə xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2022-ci illə müqayisədə 35 faiz, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 15 faiz artıb.
Ötən il Ş.Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportu 3,694 milyon, Kutaisi Beynəlxalq Hava Limanı 1,671 milyon, Batumi Beynəlxalq Hava limanı isə 621,5 min sərnişinə xidmət edib.
Agentlik Gürcüstana ən çox sərnişin daşıyan aviaşirkətlərin adlarını da açıqlayıb. “Azerbaijan Airlines” bu siyahıda ilk beşlikdə qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]