Gürcüstan DİN Tbilisidə baş verən hadisələrlə bağlı araşdırma aparır
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mitinq zamanı baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze axşam saatlarında keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, baş vermiş hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin polis əməkdaşına hücum, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırış, qrup şəklində zorakılıq, habelə strateji və ya xüsusi əhəmiyyətli obyekti ələ keçirməyə və ya bloklamağa cəhd maddələri ilə cinayət işi başlanıb.
Daraxvelidze qeyd edib ki, hüquq-mühafizə orqanları qanunsuz əməl törətmiş bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri prosessual və istintaq hərəkətlərini həyata keçirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:42]
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib
- 07.08.2026 [12:48]
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
- 07.08.2026 [11:19]
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
- 07.08.2026 [11:07]
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
- 07.08.2026 [10:54]