Gürcüstan hökumətinin ölkədə məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti ilin sonunadək uzadılıb
Tbilisi, 14 iyul, AZƏRTAC
Gürcüstan parlamenti hökumətin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddətini 2021-ci il yanvarın 1-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, ölkə parlamenti bununla bağlı qanuna düzəliş edib.
“İctimai sağlamlıq” haqqında Qanuna edilən dəyişikliyə əsasən, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər.
Hökumət, həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq.
Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]