Gürcüstan ilə Türkiyənin enerji sistemlərini birləşdirəcək yeni elektrik ötürücü xətti tikiləcək
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstan ilə Türkiyənin enerji sistemlərini birləşdirəcək yeni “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətti tikiləcək.
Gürcüstan hökuməti elektrik xətlərinin tikintisinin birinci mərhələsinin icrasına cari ildə başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, layihə Buxarestdə imzalanan “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində reallaşacaq.
Elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW” bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən 62 milyon avro təşkil edəcək.
Layihəyə əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır.
İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]