Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 5 milyard dolları ötüb
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2025-ci ilin yanvar-iyul aylarında 1,3 milyard dollar artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bildirilir ki, ehtiyatların həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır.
İyul ayında “Bmatch” platformasına müdaxilələr nəticəsində tənzimləyici valyuta ehtiyatlarını 416,9 milyon dollar artırıb və iyul ayı üzrə ölkənin beynəlxalq ehtiyatlarının həcmi 5 milyard dolları ötüb.
"Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır. Bu baxımdan tənzimləyici daim valyuta ehtiyatların artırılmasına diqqət yetirir ki, bu da bankın bəyan etdiyi siyasətlə təsdiqlənir. Əlverişli bazar şəraitində Milli Bank ölkənin beynəlxalq ehtiyatlarını artırır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü ilin avqust ayında tarixi maksimuma 5 milyard 436,8 milyon dollara çatıb.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]