Gürcüstan parlamenti Prezidentin qanun layihəsinə qoyduğu vetonu ləğv edib
Tbilisi, 3 iyul, AZƏRTAC
Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin və üzvlərinin müəyyənləşdirilməsi qaydalarına dəyişikliyi nəzərdə tutan qanun layihəsinə qoyduğu vetonu ləğv edib.
AZƏRTAC xəbər verir ki, parlamentin iyulun 3-də keçirilən növbədənkənar sessiyasında əvvəlcə Prezidentin təklif etdiyi qanun layihəsi səsə qoyulsa da qəbul edilməyib. Daha sonra isə parlamentin üç oxunuşda qəbul etdiyi, lakin Prezidentin veto qoyduğu qanun layihəsi səsə qoyulub. Hakim partiyadan olan 78 deputatın dəstəyi ilə layihə yenidən qəbul olunub.
Qanun layihəsinə edilən düzəlişə əsasən MSK sədrinin və üzvlərinin müəyyənləşdirilməsi üçün müsabiqənin elan edilməsi, həmçinin müsabiqə komissiyasının yaradılması vəzifələri Prezidentdən alınaraq parlamentin spikerinə verilib.
Qeyd edək ki, Prezident Salome Zurabişvili iyunun 26-da yaydığı bəyanatında yeni qanun layihəsinin MSK sədri və üzvlərinin müəyyənləşdirilməsində birpartiyalı qərar anlamına gələcəyini, bu səbəbdən də onu veto etdiyini bildirmişdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]