GÜRCÜSTAN PREZİDENTİNİN QOLU SINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili məşq zamanı sağ qolunu sındırmışdır. Tbilisidəki Quduşauri adına travmatologiya klinikasında müayinədən keçən prezident, sağ qolu gipsə qoyulduqdan sonra evə buraxılmışdır. Həkimlər gipsin 2 həftə qalacağını bildirirlər.
Gürcüstanın səhiyyə naziri Lado Çipaşvilinin dediyinə görə, M. Saakaşvili özünü yaxşı hiss edir və oktyabrın 26-sı səhərdən Dövlət Dəftərxanasındakı kabinetində adi iş rejimində çalışmışdır.