Gürcüstanda 140 nəfər koronavirusa görə karantində saxlanılır
Tbilisi, 7 mart, AZƏRTAC
Gürcüstanda koronavirusa şübhəli bilinən 140 nəfər karantin nəzarətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı stopcov.gov.ge saytı məlumat yayıb.
Məlumatda deyilir ki, daha 42 nəfər stasionar müalicə alır. Koronavirusa tutulması təsdiq olunmuş xəstələrin sayı isə 9 nəfərdir. Onlardan birinin vəziyyəti ağır olaraq qalır.
Ümumiyyətlə, karantində olmuş 162 nəfərdən 20-si, stasionarda müalicə olunan 45 nəfərdən isə 3-ü evə buraxılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]