GÜRCÜSTANDA HÖKUMƏTİN XÜSUSİ FONDLARININ VƏSAİTİ MƏQSƏDYÖNLÜ XƏRCLƏNMİR
Assosiasiyasının məlumatına görə, Gürcüstan Prezidentinin 2005-ci il üçün ehtiyat fondu təxminən 35 milyon lari (20,1 milyon dollar) təşkil etmişdir. Bundan təqribən 470 min lari konsert, festivallar və digər əyləncə tədbirlərinə, təxminən 2 milyon 400 min lari parlament üzvləri və xarici ölkə başçılarının Gürcüstana səfərlərinə, 8 milyon lari isə güc strukturlarına xərclənmişdir. Həmin fonddan təbii fəlakətdən zərər çəkənlər üçün yalnız 4 min lari ayrılmışdır.
Assosiasiya üzvlərinin fikrincə, prezident fondunun yalnız 0,01 faizi məqsədyönlü xərclənmişdir. Gürcüstan hökumətinin builki xüsusi ehtiyat fondu isə 73 milyon laridən artıq olmuşdur ki, ondan da 19 milyon lari güc strukturlarına, 5 milyon lari əyləncə tədbirlərinə, təxminən 3 milyon lari isə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldilmişdir. Hökumət fondunun yalnız 4 faizini məqəsdyönlü xərcləndiyi bildirilir.
Tədqiqatın nəticələrinə görə, Prezidentin və hökumətin xüsusi ehtiyat fondlarından nəzərdə tutulduğundan 63 milyon lari çox xərclənmişdir. Hər iki fonddan vəsait qanunun tələblərinə əməl edilmədən ayrılmış və əyləncəli tədbirlərə sərf edilmişdir. Assosiasiya üzvləri bu cür monitorinqləri gələcəkdə də davam etdirmək niyyətindədirlər.