Gürcüstanda keçirilən qış hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edirlər
Tbilisi, 16 yanvar, AZƏRTAC
Gürcüstanın Saçxeri və İmeretidə hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.
AZƏRTAC Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.
Hərbi təlimlərə, həmçinin Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də qatılıblar.
Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.
Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.
Hərbi təlimlər fevralın 2-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]