Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da Gürcüstanda COVID-19 virusundan ölənlərin sayı 13 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkar olunub və bu virusa yoluxanların sayı 800 nəfərə çatıb.
COVID-19 virusuna yoluxmuş 640 nəfər sağalaraq evə buraxılıb.
Hazırda Gürcüstanda 2424 nəfər karantində, 304 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Daha 3 nəfər xarici ölkələrdən gətirilmiş koronavirus xəstəsi Tbilisidə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]