GÜRCÜSTANDA NAMƏLUM QRİP VİRUSU AŞKAR OLMUŞDUR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın Tetriskaro rayonunda (Tbilisidən təxminən 30 km cənub-şərqdə) qrip epidemiyası yayılmışdır. Qripin hansı virusdan törəndiyi hələlik məlum deyildir. Rayonun bir sıra məktəb və müəssisələrində karantin elan edilmişdir. Xəstəliyin əlamətləri – yüksək temperatur və oynaqlarda ağrılar qrip xəstəliyi üçün xarakterik olsa da, müvafiq dərmanların qəbulu qızdırmanı sala bilmir. Tbilisidən rayona tibb işçilərindən ibarət xüsusi qrup göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]