Gürcüstanda parlament seçkilərini təxirə salmaq üçün heç bir əsas yoxdur
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Gürcüstanda oktyabrın 31-nə təyin olunmuş parlament seçkilərinin başqa günə keçirilməsi üçün heç bir əsas yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria oktyabrın 15-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, hökumət pandemiyanın qarşısını almağa qadirdir. Bu gün koronavirusdan qorunmanın ən yaxşı üsulu tibbi maska taxmaq və məsafə saxlamaqdır.
Baş Nazir bununla əlaqədar əhaliyə müraciət edib və onlardan qaydalara riayət etməyi xahiş edib.
Qeyd edək ki, oktyabrın 15-də Gürcüstanda daha 919 nəfərdə koronavirus aşkarlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]