GÜRCÜSTANDA QİYMƏTLƏR ARTIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda təbii qazın, elektrik enerjisinin, avtomobil yanacağının qiymətlərinin artması ərzaq məhsullarının da bahalanmasına səbəb olmuşdur.
Son günlər ətin qiyməti ən azı 1 lari (1 dollar 1,81 laridir) artmışdır. Digər ərzaq məhsulları və tərəvəz də nəzərəçarpacaq dərəcədə bahalaşmışdır.
Ekspertlər qiymət artımının davam edəcəyini bildirirlər.