Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstanda 2 aylıq fasilədən sonra şəhərlərarası nəqliyyatın fəaliyyəti bu gündən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, fevralın 25-dən şəhərlərarası avtobusların fəaliyyəti və sərnişin daşınmaları bərpa olunur. İki gündən sonra isə ölkədaxili dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması bərpa olunacaq.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava hökumətin bugünkü iclasından sonra deyib ki, dəmir yolunun hazırlanması üçün müəyyən zaman lazımdır. Bu səbəbdən 2 gündən sonra dəmir yolları ilə hərəkət bərpa olunacaq və cədvəl elan ediləcək.
Qeyd edək ki, Gürcüstanın Dəmir Yolları Şirkəti fevralın 25-dən biletlərin onlayn satışına başlayıb. Fevralın 26-dan isə biletləri kassalardan almaq mümkün olacaq.
Şirkətdən bildirilib ki, dəmir yollarında hərəkət Tbilisi-Batumi-Tbilisi, Tbilisi-Zuqdidi-Tbilisi, Tbilisi-Ozurgeti-Tbilisi, Tbilisi-Poti-Tbilisi, Tbilisi-Kutaisi-Tbilisi istiqamətlərində bərpa olunur.
Qeyd edək ki, pandemiya səbəbindən Gürcüstanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması qadağan olunmuşdu.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]