Gürcüstanın 50-yə yaxın KİV-i “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulub
Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanın əsas aparıcı informasiya portalları və televiziya kanalları “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulub.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq kampaniya çərçivəsində Gürcüstanın 45 aparıcı media saytında “Xocalıya ədalət!” (justice for khojaly) banerləri yerləşdirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü əsasında yerləşdirilən banerlərdən birbaşa www.justiceforkhojaly.org saytına keçid yüklənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi