GÜRCÜSTANIN BAŞ NAZİRİ VƏ TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ BATUMİYƏ GƏLMİŞLƏR
Gürcüstanın baş naziri Zurab Jvaniya və Milli Təhlükəsizlik Şurasının katibi Vano Merabişvili aprelin 13-də Batumiyə gəlmişlər. Gürcüstan Prezidenti Mixail Saakaşvilinin tapşırığı ilə Acarıstana səfər edən baş nazir yola düşməzdən əvvəl bildirmişdir ki, məqsəd muxtar respublikanın başçısı Aslan Abaşidze ilə mərkəzlə bölgə arasında səlahiyyətlərin bölüşdürülməsi və muxtariyyətin silahlanmış əhalisinin tərksilah olunması məsələlərini müzakirə etməkdir. O vurğulamışdır ki, lazım gələrsə, bölgədə xüsusi məntəqələr yaradılacaq, silahı təhvil verən adamlara onun dəyəri ödəniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]