GÜRCÜSTANIN BİRİNCİ XANIMI MARNEULİDƏ YENİ MƏKTƏB BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidentinin xanımı Sandra Rulofs sentyabrın 18-də Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda, azərbaycanlılar yaşayan Mollaoğlu kəndində 230 şagird yerlik yeni məktəb binasının açılışında iştirak etmişdir.
Xanım Sandra tədbir iştirakçılarını Azərbaycan dilində salamlamış, məktəbin kollektivinə təhsildə uğurlar diləmiş, Prezident Mixael Saakaşvilinin hədiyyəsini - içərisində dərsliklər və dərs ləvazimatı olan çantaları şagirdlərə paylamışdır. Kənd sakinləri göstərilən diqqətə görə Gürcüstan rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Yeni məktəb binasının inşasına yarım milyonadək lari (1 dollar 1,39 laridir) pul xərclənmişdir. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, təhsil və elm nazirinin müavini Aleksandr Çikvaidze, Marneuli rayonunun rəhbərləri iştirak etmişlər. Həmin gün Bolnisi şəhərindəki 3 saylı məktəbin yeni binası da istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]