Gürcüstanın sabiq xarici işlər naziri Ukraynada avtomobil qəzasında ağır xəsarət alıb
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanın sabiq xarici işlər naziri Eka Tkeşelaşvili Ukraynanın Lvov şəhərində avtomobil qəzasında ağır xəsarət alıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qəza Kiyev-Çop avtomobil yolunda baş verib. “Hyundai” və “Audi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir qadın ölüb, iki nəfər isə yaralanıb. Eka Tkeşelaşvili ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Eka Tkeşelaşvili Avropa İttifaqının Ukraynadakı antikorrupsiya layihəsinin rəhbəridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]