Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Bakı, 5 mart, AZƏRTAC
Martın 6-7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində gürcüstanlı nazirin martın 7-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.