Gürcüstanın xarici ticarət dövriyyəsi 9 faizdən çox artıb
Tbilisi, 16 yanvar, AZƏRTAC
Ötən il Gürcüstanın xarici ticarət dövriyyəsi (pərakəndə ticarət nəzərə alınmadan) 9,1 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili məlumat verib.
Onun sözlərinə görə, xarici ticarətdə ixracın həcmi 6,1 milyard dollar, idxalın həcmi isə 14 faiz artaraq 15,4 milyard dollar təşkil edib.
Ümumi ticarət dövriyyəsi isə 12,5 faiz artaraq 21 milyard dolları ötüb. Konkret sektorlarda bir çox çətinliklər, müəyyən gecikmələr olsa da, xarici ticarətlə bağlı əldə olunan ümumi məlumatlar ümidvericidir.
Nazir deyib ki, müsbət tendensiya 2024-cü ildə də davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]